Dç-2024-ün əsas mərhələsi çərçivəsində Polşa yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandasının oktyabrın 4-də, saat 10:30-da Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, məşqdən əvvəl – saat 10:10-da isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.
 
Qeyd edək ki, Polşa millisi ilə görüş oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest