Madrid "Real"ı və Milan "İnter"inin sabiq hücumçusu Ronaldo fransalı futbolçu Kilian Mbappenin Dç-2022-də başa çatan dünya çempionatında oyununu qiymətləndirib. Matc.az xəbər verir ki, braziliyalı əfsanə Mbappenin turnirin ən yaxşılarından biri adlandırıb.

"Kilian ilk görüşdən sonuncuya qədər əla idi. Fərqlənməyəndə belə, Fransanın qələbə qazandığı oyunlarda mühüm rol oynayıb. Argentina ilə final matçında yaxşı oynadı, penaltilər seriyası da daxil olmaqla, dörd dəfə fərqləndi. Əla texnikası var, onu dayandırmaq çox çətindir. Mbappe turnirin ən yaxşı oyunçusu ola bilərdi. O, buna layiq idi" – deyə, Ronaldi bildirib.

Qeyd edək ki, 24 yaşlı fransalı hücumçu 8 qolla dünya çempionatının bombardiri olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest