"Qarabağ" braziliyalı Kadi Borgesdən sonra daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, hücumçu Kvabena Ovusu Ağdam klubunu tərk edib.
 
Qanalı oyunçu karyerasını "Ferensvaroş"da davam etdirəcək. Bir müddət əvvəl Macarıstan klubu ilə anlaşan 25 yaşlı forvard münasibətləri rəsmiləşdirmək üçün artıq Macarıstana gedib.
 
Azərbaycan çempionunun bu transferdən təxminən 350 min avro qazanc götürməsi gözlənilir. çünki Ovusunun "Qarabağ"la mövsümün sonuna qədər müqaviləsi davam edirdi. "Ferensvaroş" hücumçunu yayda azad agent kimi heyətinə qata bilərdi. Hətta razılıq da əldə olunmuşdu. Lakin macarlar sonradan futbolçunu qış fasiləsində transfer etmək qərarına gəlib.
 
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edib.
 
XƏYAL
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest