Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək
 
5-ci turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında "Azərreyl" və "Abşeron" komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra "Murov" və UNEC kollektivlərinin dueli baş tutacaq.
 
Fevralın 7-də kişilər arasında Yüksək Liqada 5-ci turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da "Murov" və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə "Xarı bülbül" - "Neftçi" qarşılaşması keçiriləcək.
 
Görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest