24 Avqust 2026, 14:28
FUTBOL
"Liverpul"un və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Fabinyo Türkiyənin "Trabzonspor" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fabinyo "Əl-İttihad"dan ayrıldıqdan sonra azad agent statusunda idi. O, ötən mövsüm çıxış etdiyi klubda 43 matça çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Trabzonspor" bu yaxınlarda "Liverpul"un digər sabiq vingeri Məhəmməd Salahı da azad agent kimi heyətinə qatıb.
Fabinyo və Salah vaxtilə "Liverpul"da birlikdə çıxış ediblər. Onlar Mersisayd təmsilçisinin heyətində 2019-cu ildə Çempionlar Liqasının qalibi olublar.






_1787573490.jpg)






