Madrid "Atletiko"su hesab edir ki, hücumçu Xulian Alvares bu yay yalnız Londonun "Arsenal" klubundan gələcək 150 milyon avroluq təklif qarşılığında komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi uzun müddətdir hücumçu ilə maraqlanır. Hazırda belə bir rəsmi təklif yoxdur və Madrid klubu ingilislərin bu məbləği ödəməyə hazır olduğuna şübhə edir.
Daha əvvəl "Real"ın Alvares üçün etdiyi 150 milyon avroluq transfer təklifinin rədd edildiyi bildirilsə də, "matrasçılar" həmin iddianın ciddiliyinə şübhə ilə yanaşırlar.
Avqustun 23-də Alvares yeni mövsümdə ilk dəfə Madrid klubunun heyətində meydana çıxıb. 26 yaşlı argentinalı futbolçu La Liqanın II turunun "Vilyarreal"la keçirilən ev oyununun (2:2) ikinci hissəsində əvəzetmədən meydana daxil olub.
Hücumçunun qayıdışı azarkeşlərin mənfi reaksiyası ilə müşayiət olunub. "Atletiko" fanatları demək olar ki, bütün oyun boyu Alvaresi fitə basıblar.








_1787573490.jpg)




