"Qəbələ" isə cari mövsüm 18-ci dəfə kubok həyəcanı yaşayır. "Qırmızı-qaralar" indiyə qədər cəmi bir dəfə - 2018-19 mövsümündə titula sahib çıxa bilib.

Azərbaycan Kubokunun finalçıları "Neftçi" və "Qəbələ"nin indiyə qədər turnir çərçivəsində bütün mövsümlər üzrə nəticələri müəyyənləşib. Matc.az xəbər verir ki, "Neftçi" 31 kubok mövsümünün hamısında mübarizə aparıb.
 
Sabahkı oyun komandanın 11-ci final dueli olacaq. "Ağ-qaralar" 1994-95, 1995-96, 1998-99, 2003-04 və 2012-13 mövsümlərində kuboku muzeyinə aparıbsa, 2000-01, 2011-12, 2013-14, 2014-15 və 2015-16-də finalda məğlub olub.  Bundan başqa, bakılılar 11 dəfə (1992, 1993, 1993-94, 1996-97, 2004-05, 2008-09, 2009-10, 2010-11, 2018-19, 2019-20, 2020-21) 1/4 finalda, 8 dəfə isə (1997-98, 1999-2000, 2005-06, 2006-07, 2007-08, 2016-17, 2017-18, 2021-22) yarımfinalda mübarizəni dayandırıb. 2001/02 mövsümündə komanda 1/4 finalda olarkən ölkə kuboku yarımçıq dayandırılıb.
 
"Qəbələ" isə cari mövsüm 18-ci dəfə kubok həyəcanı yaşayır. "Qırmızı-qaralar" indiyə qədər cəmi bir dəfə - 2018-19 mövsümündə titula sahib çıxa bilib. Bölgə klubu 2013-14, 2016-17 və 2017-18 mövsümlərində də finalda rəqibinə yenilib. Həmçinin "Qəbələ" 2005-06, 2006-07 və 2009-10-da 1/8 finalda, 2010-11, 2011-12, 2012-13, 2014-15 və 2020-21-də 1/4 finalda, 2007-08, 2008-09, 2015-16 və 2021-22-də isə yarımfinalda uduzub. 2019-20 mövsümündə "Qəbələ" yarımfinala çıxsa da, turnir başa çatdırılmayıb.
 
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" finalı saat 20:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest