Belə ki, Ukrayna - Portuqaliya (1:1) və Lüksemburq - Ukrayna (1:2) oyunlarında ukraynalılar texniki məğlubiyyət almaq təhlükəsi ilə üzləşib.

Buna səbəb isə Lüksemburq və Portuqaliya Futbol Federasiyalarının UEFA-ya şikayəti olub. Hər iki ölkə rəqibin heyətində Junior Moraesin oynamasından narazıdır.

Aç-2020-nin seçmə mərhələsində keçirilən iki qarşılaşmanın nəticəsi ləğv oluna bilər. Matc.az saytının məlumatına görə, Ukrayna millisinin keçirdiyi iki oyunla bağlı araşdırmaya start verilib.

Belə ki, Ukrayna – Portuqaliya (1:1) və Lüksemburq – Ukrayna (1:2) oyunlarında ukraynalılar texniki məğlubiyyət almaq təhlükəsi ilə üzləşib.

Buna səbəb isə Lüksemburq və Portuqaliya Futbol Federasiyalarının UEFA-ya şikayəti olub. Hər iki ölkə rəqibin heyətində Junior Moraesin oynamasından narazıdır.

Braziliyalı hücumçunun milliləşdirilməsinin qanunsuz olduğu və bu səbəbdən də nəticənin ləğvi üçün mübarizə aparılacağı bildirilib.

Məsələ ondadır ki, FİFA-nın qaydalarına görə milliləşən futbolçu ya özü, ya valideynləri, ya da valideynlərinin valideynlərindən biri həmin ölkədə anadan olmalıdır. Bu tələbə uyğun gəlməyən legioner həmin ölkədə fasiləsiz 5 il yaşamalıdır ki, futbol vətəndaşlığını alsın. 2017-ci ildə çinə yollanan Junior Moraes isə bunadək 4 il 8 ay Ukraynada yaşayıb.

Qeyd edək ki, UEFA məsələylə bağlı ən sərt qərarı verərsə, Moraesin oynadığı görüşlərin – həm Portuqaliya, həm Lüksemburqla matçlarda Ukraynaya texniki məğlubiyyət veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest