Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

Matc.az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə başlayıb

Fərid Sadıxlı (55 kq) macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə görüşdə də qalib gəlib - 5:1. Sadıxlı yarımfinalda isə iranlı Əli Vəfanı ilk hissədəcə məğlub edib - 9:0. Fərid sabah finalda qazaxıstanlı İsxar Kurbayevlə qarşılayacaq.

Fəraim Mustafayev (63 kq) təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olub.

Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə uduzub - 0:2.

Əli Quliyev (87 kq) 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olub.

Məzaim Mərdanov (130 kq) ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməyib - 0:9.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest