"Qarabağ" – "Dinamo" (Kiyev, Ukrayna) qarşılaşmasından əvvəl Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində azarkeşlər üçün xüsusi fan zona fəaliyyət göstərəcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – "Dinamo" (Kiyev, Ukrayna) qarşılaşmasından əvvəl Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində azarkeşlər üçün xüsusi fan zona fəaliyyət göstərəcək.
Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klub rəhbərliyi izdihamın qarşısını almaq və fan zonadakı tədbirlərdə rahat iştirakı təmin etmək məqsədilə tərəfdarlarına müraciət edərək, arenaya oyunun başlanmasından 2 saat əvvəl gəlməyi tövsiyə edib.
Qeyd edək ki, Kiyevdəki ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ"ın sabah doğma meydanda keçiriləcək taleyüklü qarşılaşması saat 20:00-da start götürəcək.




_1786632540.jpg)




_1786621983.jpg)



