"Mançester Siti" Jeremi Doku ilə müqavilənin müddətinin uzadıldığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Belçika millisinin 24 yaşlı vingeri ilə imzalanan yeni müqavilə 2031-ci ilə qədər qüvvədə olacaq.

Doku 2023-cü ildən "Mançester Siti" komandasında çıxış edir. O, Premyer Liqanın ötən mövsümündə meydana çıxdığı 30 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yaddaqalan olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest