"Barselona" Madrid "Atletiko"sundan hücumçu Xulian Alvaresin transferi baş tutmayacağı təqdirdə, "Brügge"nin forvardı Nikolo Trezoldini alternativ variant kimi nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" idman nəşri məlumat yayıb.
Bildirilir ki, kataloniyalılar İngiltərə klublarının və "Roma"nın da maraq dairəsində olan 21 yaşlı futbolçu barəsində məlumat toplayırlar.
"Brügge" Trezoldini 40 milyon avro dəyərində qiymətləndirsə də, hazırki məqamda onlara belə bir rəsmi təklif daxil olmayıb.
Ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 58 matçda 23 qol və 9 məhsuldar ötürmə ilə yaddaqalan oyunçunun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
"Transfermarkt" portalında gənc hücumçunun dəyəri 25 milyon avro təşkil edir.








_1786632540.jpg)



