Tanınmış argentinalı hücumçu Mauro İkardi İtaliya A Seriyasına geri dönə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, Romanın "Latsio" klubu İkardinin transferində maraqlıdır və tərəflər arasında ilk təmas artıq baş tutub.

Cari ilin iyul ayında "Qalatasaray" ilə müqavilə müddəti başa çatan 33 yaşlı hücumçu hazırda azad agent statusundadır. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 47 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yaddaqalan olub.

İkardi daha əvvəl, 2012–2019-cu illərdə A Seriyasında "Sampdoriya" və Milanın "İnter" klublarında çıxış edib. Təcrübəli forvard "neradzurrlar"ın heyətində iki dəfə çempionatın ən yaxşı bombardiri olub və komandanın kapitanı sarğısını daşıyıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest