"Mançester Yunayted"ın futbolçusu Ceydon Sanço klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb. 
 
Onun sözlərinə görə, baş məşqçi Erik ten Haqla arasında münaqişə yaranan yarımmüdafiəçi qışda komandadan ayrılmağı planlaşdırır. 
 
Artıq iki İngiltərə klubu Ceydonun xidmətində maraqlıdır. "Aston Villa" və "Kristal Pelas" 23 yaşlı futbolçu uğrunda mübarizə aparacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest