Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi PSJ futbolçularının rəqibi üzərində qələbədən sonra "Marsel" azarkeşlərinin ünvanına təhqirlər səsləndirməsi epizoduna baxılma qərarı alıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Fransa çempionatının matçında PSJ "Marsel"i 4:0 hesabı ilə məğlub edib. Final fitindən sonra Əşrəf Hakimi, Layvin Kurzava, Ousmane Dembele və Randal Kolo-Mouany "Marsel"ə qarşı təhqiramiz şüarlar səsləndirdilər. Dörd nəfər oktyabrın 5-də keçiriləcək LFP intizam komitəsinin növbəti iclasına çağırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest