Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk gündə 5 qarşılaşma baş tutub.

Premyer Liqa klubları “Turan Tovuz” və “Səbail” aşağı liqa təmsilçilərini darmadağın edib. MOİK "Cəbrayıl"ı 4 cavabsız qolla yenərək, “Qarabağ”a rəqib olub. “İrəvan” isə “Araz Saatlı”nın qapısından 4 top keçirib.     

“Şəfa” və “Səbail" oyununda matçında isə Bayıl təmsilçisi 7 cavabsız qol vurub.

Raundun digər oyunları 29-30 noyabrda baş tutacaq.

 
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 noyabr (çərşənbə axşamı)
 
“Karvan” – “Difai Ağsu” - 1:0
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.
Yevlax şəhər stadionu
 
“Araz Saatlı” – “İrəvan” - 1:4
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu
 
 MOİK – “Cəbrayıl” - 4:0
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu 
 
“Şəfa” – “Səbail” - 0:7
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
“ASCO Arena”
 
“Turan Tovuz” – “Göygöl” - 5:1
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.
Tovuz şəhər stadionu
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest