Bu sistem oyunçuların real vaxt rejimində 3D vizual təsvirlərini yaratmağa imkan verən əzaların izlənilməsi texnologiyası ilə birlikdə işləyəcək. Mikroçip həmçinin topun dəqiq vurulma vaxtını qeyd edəcək və bunun sayəsində hakimlər ofsaydın olub-olmadığını dəqiq biləcəklər.

Avropa çempionatında “Adidas”ın yüksək texnologiyalı topundan istifadə olunacaq. Matc.az xəbər verir ki, top qol vurma zamanı ona əllə müdaxilənin olub-olmadığını müəyyən etməyə kömək edəcək mikroçiplə təchiz ediləcək.
 
Bu sistem oyunçuların real vaxt rejimində 3D vizual təsvirlərini yaratmağa imkan verən əzaların izlənilməsi texnologiyası ilə birlikdə işləyəcək. Mikroçip həmçinin topun dəqiq vurulma vaxtını qeyd edəcək və bunun sayəsində hakimlər ofsaydın olub-olmadığını dəqiq biləcəklər.
 
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 24 komandanın iştirak edəcəyi turnir 10 şəhərdə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest