Moskva "Spartak"ı futbolçusu Ayaz Quliyevi 5 milyon rubl məbləğində cərimələyib. Buna səbəb Azərbaycan əsilli yarımmüdafiəçinin komandanın məşqinə gədərkən piyadanı vurması olub. 23 yaşlı oyunçunun cəriməsi maaşından çıxılacaq.

Moskva "Spartak"ı futbolçusu Ayaz Quliyevi 5 milyon rubl məbləğində cərimələyib. Matc.az-ın yerli mətbuata istinadən verdiyi məlumata, buna səbəb Azərbaycan əsilli yarımmüdafiəçinin komandanın məşqinə gədərkən piyadanı vurması olub.

23 yaşlı oyunçunun cəriməsi maaşından çıxılacaq. Bununla yanaşı, əsas komandadan uzaqlaşdırılan Ayaz əvəzedici heyətlə yalnız məşq keçə biləcək. çünki onun əvəzedicilərlə oyunda iştirakına da qadağa qoyulub. Quliyevin aylıq maaşı 6 milyon rubldu.

Qeyd edək ki, Ayaz Quliyev dünən "Mersedes"i ilə Moskva küçələrinin birində hərəkətdə olarkən svetoforun qırmızı işığına məhəl qoymayıb. Yolu qarşı tərəfə keçən piyada ilə az qala toqquşma dərəcəsinə gələn futbolçu avtomobildən düşərək, zərbə ilə amerikalı turistin burnunu qırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest