“Valensiya” İspaniya La Liqasının XXVI turunun “Qranada” ilə görüşünün təxirə salınmasını istəyib. Matc.az xəbər verir ki, qarşılaşma sabaha planlaşdırılıb.

Lakin Valensiyada güclü yanğın iki çoxmərtəbəli yaşayış binasını bürüyüb. Hadisə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. 19 nəfər isə itkin düşüb.

“Yarasalar” rəsmi sayt vasitəsilə dəhşətli yanğın səbəbindən meydana çıxmaq istəmədiklərini bildirib: “Klub şənbə günü “Qranada”ya qarşı baş tutacaq matçın təxirə salınması ilə bağlı sorğu göndərib”.

Qeyd edək ki, “Valensiya” hazırda İspaniya çempionatında 36 xalla 8-ci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest