“Liverpul”un hücumçusu Luis Dias gələcəyi ilə bağlı qərarını hələ verməyib. Matc.az xəbər verir ki, 27 yaşlı forvard yayda komandanı tərk edə bilər.
 
Kolumbiya millisinin üzvü “qırmızılar”da qalmağın əleyhinə deyil. Lakin bunun üçün şərti var. Belə ki, Dias məvacibinin artırılması təqdirində yeni müqaviləyə qol çəkməyə razıdı. Premyer Liqa təmsilçisi də onun qalmasında maraqlıdı. Ancaq bunun üçün forvardın tələbi yerinə yetirilməlidi.
 
Qeyd edək ki, Luis Dias 2022-ci ildən “Liverpul”un formasını geyinir. O, hazırda PSJ başda olmaqla bir neçə klubun maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest