“Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketadan əl çəkmir. Matc.az xəbər verir ki, Premyer Liqa çempionu hələ də qarşı tərəflə ortaq məxrəcə gələ bilməyib.

Braziliyalı pleymeyker “şəhərlilər”lə şəxsi müqavilənin bütün detallarını razılaşdırıb. İndi yalnız “Vest Hem”lə anlaşmaq qalır. Futbolçunun təzminat məbləği 100 milyon avrodu. Ancaq “Mançester Siti” daha az xərc çəkməklə Paketanı ala biləcəyini düşünür.

Qeyd edək ki, Lukas Paketa “Vest Hem”ə 2022-ci ildə “Lion”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest