“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Yuventus”a qarşı məhkəmədə qalib gəlib. Matc.az xəbər verir ki, bu barədə məlumatı “La Gazzetta dello Sport” yayıb.

Bildirilib ki, qərara əsasən, İtaliya klubu 39 yaşlı portuqaliyalıya 9,7 milyon avro ödəməli olacaq. Bu, Ronaldonun koronavirus pandemiyası zamanı “qoca sinyora”dan almadığı maaşın bir hissəsidi.

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-2021-ci illərdə “Yuventus”un formasını geyinib və turinlilərlə 5 titul qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest