Fliklə 2 illik müqavilə bağlanıb. Almaniyalı mütəxəssis bu vəzifədə Xavi Ernandesi əvəzləyib.

"Barselona" klubunun yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Matc.az xəbər verir ki, Kataloniya klubu Hans-Diter Flik ilə razılığa gəlib.

Bu barədə məlumat “Barsa”nın rəsmi saytında və "X" hesabında paylaşılıb.

Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb. Flik bu vəzifədə Xavi Ernandesi əvəzləyib.

Qeyd edək ki, Flik karyerası ərzində “Bavariya” və “Hoffenhaym” klublarını, həmçinin Almaniya yığmasını çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest