İspaniya millisi İngiltərə ilə bu gün keçiriləcək Avropa çempionatının finalında qalib gəlsə 28,25 milyon avro qazanacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sport.es” paylaşıb.

Bildirilir ki, bu məbləğin 40%-i futbolçuların payına düşəcək. Məğlub olduqları təqdirdə, oyunçular 30% alacaqlar.

Xatırladaq ki, İspaniya və İngiltərə milli komandaları arasında AVRO-2024-ün final oyunu Berlindəki Olimpiya stadionunda keçiriləcək. Qarşılaşmanın baş hakimi funksiyasını Fransua Leteksier yerinə yetirəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest