Leverkuzen "Bayer"inin və İngiltərə millisinin mərkəz müdafiəçisi Carell Kvansa karyerasını Madrid "Real"ında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, "Real"da daha Raul Asensioya ümid bəslənilmir və müdafiənin mərkəzini gücləndirmək üçün variantlar axtarılır. Əsas namizədlərdən biri məhz Kvansadır.

İngiltərəli futbolçunun "Bayer"lə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir, onun transfer dəyəri hazırda 50 milyon avro qiymətləndirilir.

Ötən ilin yayında almanlar müdafiəçini "Liverpul"dan 35 milyona alıblar. Cari mövsümdə 23 yaşlı Kvansanın hesabında "Bayer"in heyətində bütün turnirlərdə keçirdiyi 6 matçda 1 məhsuldar ötürmə var. Müdafiəçi İngiltərənin əsas milli komandasında 9 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest