"Belə bir şey yoxdur. Olsa da, klub tərəfindən bizə xəbər verilər".
"Şamaxı" Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyun sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Milli fasilədən sonra nə qədər çətin oyun olacağını bilirdik. Bəzi futbolçularımız U-21 yığmasında yaxşı oyun keçirdi. Oruc Məmmədov əsas millidə oynadı. Bəzi futbolçularda yüklənmələr var idi. Şükürlər olsun ki, bu gün meydanda vuruşaraq xalımızı qazandıq. "Zirə"yə uğurlar arzulayıram.
- Edqar Adilxanov "Genk"dən təklif alıb? Onunla danışmısınız?
- Əsassızdır. Belə bir şey yoxdur. Olsa da, klub tərəfindən bizə xəbər verilər. Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil, futbolçuda narahatlıq yaradır.













