“Milan” gənc hücumçusu Françesko Kamarda ilə peşəkar müqavilə imzalayıb. 16 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimidir.

“Milan” gənc hücumçusu Françesko Kamarda ilə peşəkar müqavilə imzalayıb.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Ötən mövsümün sonunda Kamarda A Seriyasının tarixində ən gənc futbolçu oldu. Françesko Kamarda “Milan”da 15 yaş 8 ay 15 günlük “Fiorentina” ilə oyunda debüt edib. O, ümumilikdə əsas komandada 2 oyun keçirib.

Qeyd edək ki, ötən mövsüm U-19 komandasında 41 oyunda meydana çıxan futbolçu 14 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest