Paytaxt təmsilçisi braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlayıb.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Paytaxt təmsilçisi braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlayıb. Mərkəz müdafiəçisi Portuqaliyanın “Şaveş” klubundan transfer edilib.
Noqeyra “Sabah”da 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Braziliyanın “Fluminense” klubunun yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində bu klubla yanaşı, Belçikanın “Gent” (2014-2015), Braziliyanın “Fiqeyrense” (2018), CRB (2019), “Yuventude” (2022), Portuqaliyanın “Jil Visente” (2019-2021), “Santa Klara” (2023), “Şaveş” (2023/2024) və Meksikanın “Mazatlan” (2021-2022) klublarında çıxış edib.