“Qarabağ” hücumçusu Hamidu Keyta ilə yolları ayırdığını rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat yayılıb.
29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
"Qarabağ" Futbol Klubu Keytaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
*******************************
"Qarabağ"ın futbolçusu Hamidu Keyta klubla yollarını ayırır. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, təcrübəli vinger karyerasını Superliqa təmsilçisi "Konyaspor"da davam etdirəcək. Keytanın bu gun axşam Konyada olacağı iddia edilib.
Məlumatda o da qeyd olunub ki, "Konyaspor" Keytanın transferi üçün təzminat ödəməyəcək. Bu isə “Qarabağ”ın Hamidunun Türkiyə klubuna azad agent kimi keçməsinə şərait yaratdığını deməyə əsas verir.
Qeyd edək ki, 2026-cı ilin yayınadək “Qarabağ”la müqaviləsi olan Keyta Ağdam klubuna 2023-cü ildə “Zirə”dən keçib.