04 Oktyabr 2024, 17:08
FUTBOL
“Bavariya”, “Çelsi” və Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak tərəfdaşı Sofiya Şnayderhan haqqında yayılan şayiələrə münasibət bildirib. Matc.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Şnayderhandan 24 yaş böyükdü.
Media modelin daha əvvəl Ballakın mərhum oğlu Emilio ilə görüşdüyünü yazıb. “Mediada yayılan xəbərlərə görə, mən bu açıqlamanı vermək məcburiyyətindəyəm. Tərəfdaşım Sofiya mərhum oğlumun keçmiş sevgilisi deyil və onunla dost da deyildi. Bu yalanlara qarşı hüquqi tədbirlər görəcəyik və şəxsi həyatımıza hörmət etməyinizi xahiş edəcəyik”, - deyə Ballak söyləyib.
Qeyd edək ki, Ballakın oğlu 2021-ci ilin avqustunda, 18 yaşında avtomobil qəzasında dünyasını dəyişib.