Bəzi klubların artan borcları fonunda “Latsio” klub tarixində ən yaxşı maliyyə gəliri əldə edib. Matc.az xəbər verir ki, İtaliya klubu 38 milyon avrodan çox qazanc götürüb.
Komandalar maliyyə ilinin sonunda statuslarını açıqlayacaqlar. “Latsio” futbolçularını sataraq, xərcləri azaltdıqdan və İtaliya Superkubokunda iştirakdan sonra 38,5 milyon avro gəlir əldə edib. 2017-18 mövsümü üçün müəyyən edilmiş 37 milyon avro rəqəmi üstələnib. Bu, romalıların tarixində ən təsirli maliyyə ilidi. Paytaxt təmsilçisi A Seriyasında indiyə qədər qeydə alınan ən böyük 6-cı qazanca imza atıb.
“Latsio” bu baxımdan yalnız “Yuventus” (2016-17: 42,6 milyon), “Fiorentina” (2021-22: 46,8 milyon), “Atalanta” (2020: 51,7 milyon) və “Napoli”dən (2016-17: 66,6 milyon. 2022-23: 79,7 milyon) geri qalır.