11 Oktyabr 2024, 01:17
FUTBOL
UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun Sloveniya ilə oyununda (3:0) dubla imza atan Norveç millisinin hücumçusu Erlinq Haaland 36 oyunda 34 qol vuraraq ölkəsinin ən yaxşı bombardiri olub.
Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu 45 oyunda 33 qol vuran Yorgen Yuveni geridə qoyub.
Xatırladaq ki, Haaland Norveç millisində 2019-cu ilin sentyabrında debüt edib.
UEFA Millətlər Liqasının qrup mərhələsinin iki turundan sonra Norveç dörd xal toplayıb və hazırda B Liqasının III qrupunda birinci yerdədir.