Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında III turun oyununa çıxıb.
Matc.az xəbər verir ki, yığmamız C Liqasının I Qrupunda səfərdə Estoniya ilə qarşılaşıb.
"Lilleküla" stadionunda keçiriləcək görüşdə Fernandu Satuşun komandası estonlara 3:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Yığmamız ilk turda evdə İsveçə (1:3), ikinci turda isə səfərdə Slovakiyaya (2:0) məğlub olub.
IV turda millimiz Bakıda Slovakiya yığmasını qəbul edəcək. Qarşılaşma 14 oktyabr saat 20:00-da start götürəcək.
UEFA Millətlər Liqası
III tur, C Liqası, I Qrup
11 oktyabr
Estoniya – Azərbaycan - 3:1
Qollar: Yoan Yakovlev, 32, Vlasi Sinyavskiya, 45+2, Rokko Şeyn, 70 // Toral Bayramov, 45+1 (pen)
Baş hakim: Rob Harvey
Baş hakimin köməkçiləri: Robert Clarke, Wayne McDonnell
Dördüncü hakim: Rob Hennessy
"Lilleküla" stadionu.
Estoniya: 12. Karl Heyn, 3. Mikael Şonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Şeyn, 8. Henri Anyer, 11. Mihkel Ansalu, 13. Maksim Paskotşi, 15. Yoan Yakovlev, 16. Yoonas Tam, 18. Karol Mets (k), 23. Vlasi Sinyavskiya
Ehtiyat oyunçuları: 1. Matvey İqonen, 2. Merten Kusk, 6. Rasmus Pitson, 7. Robi Saarma, 9. Erik Zorqa, 10. Sergey Zenjov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Maykl Lilander, 20. Markus Pum, 21. Martin Vetkal, 22. Karl Andre Volner
Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 22. Abbas Hüseynov (k).
Ehtiyat oyunçuları: 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 12. Aydın Bayramov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Qismət Əliyev, 23. Rza Cəfərov