FİFA statistik məlumatlar əsasında dünya çempionatının ən yaxşı futbolçularını müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bildirilir ki, turnirdə iştirak edən bütün meydan oyunçuları hücum, quruculuq və müdafiə hərəkətlərinə görə 0-dan 10-a qədər balla qiymətləndirilib.
Fransa millisinin hücumçusu Kilian Mbappe səkkiz oyunda vurduğu 10 qolla turnirin ən yaxşı bombardiri olmaqla yanaşı, hücum hərəkətlərinə görə 9,12 bal toplayaraq bu reytinqə başçılıq edib.
Səkkiz matçda 7 qol vuran İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem ikinci (8,29), səkkiz görüşdə 8 dəfə fərqlənən Argentina millisinin forvardı Lionel Messi isə üçüncü (8,06) yeri tutub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilib. Turnirin formatının dəyişməsi səbəbindən tarixdə ilk dəfə olaraq final mərhələsində 48 komanda mübarizə aparıb.













