AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının XI turu ilə bağlı qərarlar verilib. Matc.az xəbər verir ki, komitə 4 klubu cərimələyib.

AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının XI turu ilə bağlı qərarlar verilib. Matc.az xəbər verir ki, komitə 4 klubu cərimələyib.

“Turan Tovuz” – “Kəpəz” oyununda komandaların futbolçuları 5, “Səbail” – “Sumqayıt” matçında isə 4 sarı vərəqə alıblar. Bu üzdən adıçəkilən klubların hər biri 700 manatlıq cəriməyə məruz qalıb.

“Turan Tovuz”la Qərb derbisi bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan “Kəpəz”in üzvü Dioqo Verdaska 1 oyunluq diskvalifikasiya olunub. Gəncəlilər buna görə daha 500 manat xərcə düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest