“Neftçi”dən ayrıldıqdan sonra klubsuz qalan Qara Qarayevin karyerasını harada davam etdirəcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"la anlaşıb.

Naxçıvan təmsilçisi Qara Qarayevin transferini rəsmən açıqlayıb. Müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək, eləcə də əsas millisində çıxış edən Qara Qarayev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Futbolçu bu gün rəsmi müqaviləyə qol çəkib və heyət üzvlərinə təqdim olunub.

Qeyd edək ki, Qara Qarayev 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest