30 Oktyabr 2024, 14:28
FUTBOL
"Konyaspor" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Konya təmsilçisi Recep Uçarla anlaşıb. Onunla 2 illik müqaviləyə qol çəkilib. 49 yaşlı mütəxəssis bu postda Ali Çamdalını əvəzləyib.
Qeyd edək ki, hazırda 11 xalı olan "Konyaspor" Superliqada 11-ci pillədə yer alıb.