“Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər”. Matc.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Mütəxəssis Vizelada 0:4 hesablı məğlubiyyətə üzüldüyünü bildirib: “Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki matça yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik. Lakin Portuqaliya kimi komandalar səhvdən maksimum yararlanmağı bacarırlar. Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur”.
Onun fikrincə, baş hakimin rəqibin üçüncü qolu zamanı penalti qərarı yanlışdı: “Portuqaliya yığmasının üçüncü qolu vurduğu epizodda hakim olmayan penaltini göstərdi. Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Düzdür, Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa qol vurmuşduq. Təəssüf ki, cavab görüşündə bunu reallaşdıra bilmədik. Nəticəyə görə heyfsilənirik”.
Əsgərov hədəflərinin yenidən B liqasına qayıtmaq olduğunu söyləyib: “Bundan sonra önümüzə baxmalıyıq. Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qatdı. C liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B liqasına qayıdaq. Getdikcə daha təcrübəli komanda olacağıq”.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanmışdı.