“Yuventus”, “Bavariya”, “Barselona” və “İnter”in sabiq futbolçusu Arturo Vidal milliyə qayıdıb. Matc.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bir ildən sonra Çili yığmasının formasını geyinə bilər.

Axırıncı dəfə ötən ilin sentyabrında milli formanı geyinən Vidal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru (16 noyabr) və Venesuela (20 noyabr) ilə görüşlərə çağırılıb.

Qeyd edək ki, Arturo Vidalın komandası “Kolo-Kolo” ötən həftə Çili çempionluğunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest