13 Noyabr 2024, 00:32
FUTBOL
"Real"ın ispaniyalı futbolçu Mark Kukalon 19 yaşında karyerasını sonlandırıb.
Matc.az xəbər veir ki, bu barədə Madrid klubunun yetirməsi özü sosial şəbəkədə məlumat verib.
Futbolçunun dizinin çarpaz bağı yırtılıb, əməliyyat zamanı bakteriyalar oynağa daxil olub və nadir infeksiyaya səbəb olub. Bu səbəblə Kukalon karyerasını sonlandırmağa məcbur qalıb.
Qeyd edək ki, yarımmüdafiəçi "Real"ın heyətində Gənclər Çempionlar Liqasında 4 oyun keçirib və sözügedən zədəni oyunlardan birində alıb.