Fransa Superkuboku yanvarda Qətərdə keçirilə bilər. Matc.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) görüşün Dohada təşkili variantını nəzərdən keçirir.
Hazırda bununla bağlı Qətər hakimiyyəti ilə danışıq aparılır. Lakin hələ müqavilə imzalanmayıb.
İlkin olaraq 2024-cü il Fransa Superkubokunun avqustun 8-də Pekində keçirilməsi planlaşdırılıb və bu, Fransa-Çin diplomatik münasibətlərinin qurulmasının 60 illiyinə həsr olunmalı idi. Lakin təşkilatçılar görüşün Çində keçirilməsi üçün yekun icazə almadıqları üçün oyun təxirə salınıb.
LFP hələ də matçın keçiriləcəyi yeri tapa bilməyib. Qətərlə razılıq əldə olunsa, oyun 2025-ci ilin yanvarında baş tutacaq. Kubok uğrunda çempion və Fransa Kubokunun qalibi PSJ ilə Liqa 1-in gümüş mükafatçısı “Monako” üz-üzə gələcək.