Şotlandiya II Liqasının “Piterhed” – “Forfar Atletik” (1:1) oyununda maraqlı hadisə baş verib. Matc.az xəbər verir ki, futbolçu qol sevinci yaşayarkən qırmızı vərəqə alıb.

Belə ki, Kiran Şenks 45+1-ci dəqiqədə “Piterhed”in heyətində fərqlənib. Onun komanda yoldaşı Endryu Makkartinin qol sevinci zamanı təpiklə vurduğu top rəqib qapıçıya dəyib. Bu hərəkətinə görə araq, Makkarti meydandan qovulub.

Qeyd edək ki, “Piterhed” – “Forfar Atletik” görüşü 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest