17 Fevral 2025, 21:14
FUTBOL
"Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik".
"Sabah" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Səbail"lə 0:0 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq. Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik".