AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda II Liqanın XXIII turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

 “Sheki City” ilə oyunun 81-ci dəqiqəsində “Kür-Araz” klubunun 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 50 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” 100 manat cərimələnib.

“Qusar” "Göygöl"lə oyuna gec gəldiyi üçün klub 150 manat cərimə edilib. Həmin oyunun 90-cı dəqiqəsində “Qusar” komandasının 21 nömrəli futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzaya məruz qalıb, kluba 300 manat cərimə kəsilib.

“Dinamo” ilə oyunda 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilib.

“Araz Saatlı”nın 44 nömrəli futbolçusu Ramiz Qasımov "Şəmkir"lə matçda rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, klub 100 manat cərimələnib. "Şəmkir" isəTəcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün 100 manat ziyana düşüb. Ev sahibləri oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə əlavə 80 manat da cərimə edilib.  “Şəmkir” həmçinin, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat da cərimə ödəməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest