02 May 2025, 14:55
FUTBOL
"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Erik Dayerlə bağlı qərarını verib.
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mərkəz müdafiəçisi ilə yollar ayrılacaq. Dayerin sözləşməsinin müddəti uzadılmayacaq.
31 yaşlı futbolçunun Fransaya yollanacağı gözlənilir. Təcrübəli müdafiəçi "Monako" ilə anlaşıb.
Qeyd edək ki, "Bavariya" Erik Dayeri ötən ilin yanvar ayında "Tottenhem"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Menhen təmsilçisinin heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.