PSJ-nin heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Usman Dembele Çempionlar Liqası yarımfinal mərhələsinin "Arsenal"la ilk oyununda (1:0) zədələnib. Fransalı vinger Liqa 1-in "Strasburq"la matçında iştirak etməyəcək.

Klubun həkimləri Dembeleni "Arsenal"la cavab görüşünə hazır etməyə çalışır. Qarşılaşma 7 may tarixində baş tutacaq.

Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində keçirdiyi 45 oyunda 33 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest