"Bavariya" Virtsi transfer etmək üçün onun klubuna 125 milyon avro ödəməyə hazırdır. Münhenlilər futbolçunun özünə isə illik 25 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif edəcək.

"Bavariya" "Bayer"də çıxış edən Florian Virtsi heyətinə qatmaqda israrlıdır.

Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Bundesliqa nəhəngi alman futbolçu üçün ümumilikdə 250 milyon avroluq büdcə ayırıb.

"Bavariya" Virtsi transfer etmək üçün onun klubuna 125 milyon avro ödəməyə hazırdır. Münhenlilər futbolçunun özünə isə illik 25 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif edəcək.

Qeyd edək ki. Florian Virts bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 15 qol vurub, 13 qol ötürməsi edib. Almaniya millisinin üzvü olan 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin Leveruzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest