01 İyul 2025, 10:31
FUTBOL
PSJ-nin futbolçusu Marko Asensio karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
"Fənərbaxça" ispaniyalı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır. İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo Asensionu komandasında görmək istəyir. Artıq klublar arasında danışıqlar başlayıb.
Qeyd edək ki, Marko Asensio ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib. 29 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.