01 İyul 2025, 15:25
FUTBOL
"Barselona"nın B komandasının üzvü Noa Darviç karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Ştutqart" 18 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi Almaniya U19 millisinin üzvü ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Noa Darviç ötən mövsüm 25 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.