"Çelsi" heyətinə yeni hücumçu cəlb edəcək.

Matc.az xəbər verir ki, London klubu "Brayton"da çıxış edən Joao Pedronun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Çelsi" braziliyalı forvard üçün onun klubuna 55+5 milyon funt-sterlinq təzminat ödəyəcək. 23 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Joao Pedro ötən mövsüm "Brayton"un heyətində keçirdiyi 30 oyunda 10 qol vurub, 7 qol ötürnəsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest